F-1.az xatırladır ki, almaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Dördqat Dünya Çempionunun MCLaren və ya Renault-ya keçəcəyi ilə bağlı iddialar var.
Berni Ekklstoun: “Jan Totdun oğlu Nikolyanın menecerliyini etdiyi Şarl Lekler gəldikdən sonra Sebastyanın performansı zəiflədi. Məncə, Binotto ona yaxşı dəstək olmur. Sebastyan 2021-ci il üçün alternativləri dəyərləndirməlidir”.
Sebastyan Fettel son mövsümdə bütün statistikalarda komanda yoldaşı Şarl Leklerin gerisində qalıb və mövsümü beşinci yerdə tamamlayıb. Qeyd edək ki, bu, almaniyalı sürücünün 2008-ci ildən sonra ən pis nəticəsidir.