F-1.az xatırladır ki, hazırda Mattia Binotto komandanın lideridir. Texniki hissələrdə isə digər komandalardakı kimi lider yoxdur.
Berni Ekklstoun: “Mixael Şumaxerin dövründə vəziyyət fərqli idi. Bir dəfə komandanı kimin idarə etdiyini soruşdum. Şumaxer “mən” cavabını verdi və böyük ehtimalla doğru idi. Buna görə də güclü performans göstərirdilər. İtalyanların ən böyük problemi liderlərinin olmamasıdır. Məncə, Ferrari-nin hazırda lideri yoxdur. Komanda rəhbəri Mattia Binotto orada 20 ildən çoxdur işləyən güclü mühəndisdir”.