F-1.az xatırladır ki, Ferrari komandası Avstraliya yarışına yaxşı başlasa da, daha sonra səhv strategiyaya görə qələbəni əldən vermişdi və Mercedes AMG komandası dubl etmişdi.
Berni Ekklstoun: “Gözəl bir şou izlədik, elə deyilmi? Mercedes AMG qalib gəldi, amma Ferrari də keçənilkinə nisbətən inkişaf edib.
İnkişaf göz qabağındadır. Mercedes AMG də inkişaf edib. Bu il Mercedes AMG və Ferrari arasında böyük mübarizə gözləyirəm.
Onlar eyni sayda qələbə qazanacaqlar, amma Mercedes AMG Dünya Çempionu titulunu qazanacaq.
Lyuis Həmilton da sürücülər çempionatında birinci yeri tutacaq”.