B.Ekklstoun: F1 şouya dönüb

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun idmanın hazırkı vəziyyətindən çox narazıdır.

F-1.az xatırladır ki, Liberty Media 2017-ci ildə Formula1-i Bernidən satın almışdı. Ekklstoun öz dövründə Formula1-i sərt formada idarə edirdi və tənqidlərə hədəf olurdu.

Liberty Media isə Drive to Survive serialı ilə idmanın populyarlığını artırıb. Son illərdə Yaxın Şərk və Amerikada çoxsaylı yarışlar təşkil edilməyə başlanıb.

Berni Ekklstoun: “Amerikada populyar olan şeylər Avropada sevilmir ya da əksinə. Məsələn, Almaniyadan ulduz sürücümüz yoxdur. Almanları axmaq yerinə qoymaq olmaz.

Formula1 getdikcə Amerika bazarına uyğunlaşır və Formula Hollivuda bənzəyir. Burada hər şey şouya dönüb. İdman isə ikinci plandadır. Bu il Las Veqasdakı yarış tortunun üzərində krem olacaq.

Almanlar isə yarış keçirmək istəyirlər, şou yox. Artıq şou və idman arasında balans yoxdur. Hazırda sürücülər bir yerdə oturub eyni sözləri təkrarlayırlar. Komanda rəhbərləri də… Bütün mətbuat konfransları eynidir.

Mətbuat sürücülərlə danışmaqdansa, ön qanadlardan ya da qəribə altlıqlardan danışmağı seçirlər. Belə halda necə qəhrəman olacaqlar?”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*