B.Ekklstoun: “Əsla etməyəcəyim şeylərlə məşğuldurlar”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Çeyz Keri hazırda lazımsız işlər görür.

F-1.az xatırladır ki, Liberty Media yanvar ayında Formula1-i satın almış və rəhbərliyə Çeyz Keri, Şon Bratçes və Ross Braun üçlüyü gətirilmişdi…

Berni Ekklstoun: “Bununla yaşamalıyam. Bəlkə də daha çox şeyi dəyişdirməli idim. Amerikalılar hər şeyi dəyişmək istəyirlər. Formula1-də yenidən rəhbər kimi qalmaq istədim, çünki səhmdarlar mənim dövrümdə mənfəət əldə etmişdilər. Sonra səhmlərin qiyməti elə artdı ki, Liberty Media onları aldı. Kerinin mənə ehtiyacı yoxdur. Nə etdiyini bilir və hər şeyi bildiklərini iddia edən insanlarla çalışır. Hazırda mənim etməyəcəyim şeyləri edirlər. Sosial şəbəkələr üçün çox pul xərcləyirlər. Mən kommunikasiya dəlisi deyiləm. Bunun Formula1-ə xeyrini anlamıram. Televiziyalar bu vəziyyətdən narahatdırlar. Biz televiziyalarla müqavilə bağlayırıq, lakin indi heç nə ödəmədən onlara baxa bilərsiniz.

Braunun bizim işdən başı çıxmır. Benetton-da Flavio Briatorenin yanında mühəndis idi. Sonra Ferrari-yə getdi. Öz komandasını necə qurduğunu danışmaq istəmirəm. Siyasət və kommersiya işlərində elə də uğurlu deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*