B.Ekklstoun daha 1 il idmanda qalmaq istəyib

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Liberty Media onu məyus etməyib, amma daha 1 il də rəhbər vəzifəsində qalmaq istəyibmiş.

F-1.az xatırladır ki, yanvar ayında Liberty Media şirkəti Formula1-i satın almış və Ekklstounu vəzifəsindən uzaqlaşdırmışdı. Britaniyalını Çeyz Keri, Ross Braun və Şon Bratçes əvəz ediblər.

Berni Ekklstoun: “Avtomobili aldılar və özləri sürmək istədilər. Liberty Media-ya və Çeyz Keriyə qarşı pis hisslərim yoxdur. Builki 20 yarışın yarısında iştirak etməyi planlaşdırıram.

Məyus deyiləm. Dünyanın necə işlədiyini bilirəm. Onların etdikləri dəyişiklikləri mən etməzdim. Mən onlarla 1 il işləmək istərdim. Əgər işlər yaxşı getməsəydi, ayrılardım. Amma insanlar şirkətləri fərqli formada işlədirlər. Amerikalı şirkətlət belə işləmək istəyirlər. Aldılar və özləri idarə etmək istədilər.

İnsanlar son 3 ildə pis işlədiyimi deyirlər. Amma mən də, CVC Capital da elə düşünmürük. İlə 1.5 milyard gəlir əldə etdim. Buna görə də onların səhmləri baha oldu. Pis işləsəydim, səhmlər ucuz satılardı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*