F-1.az xəbər vermişdi ki, Ross Braunun Berni Ekklstounu əvəz edəyəci bildirilirdi. Daha sonra isə onun idman direktoru təyin olunması ilə bağlı xəbərlər çıxmışdı. Lakin təcrübəli mütəxəssis bu xəbərləri təkzib etmiş və hələ heç bir müqavilə bağlamadığını bildirmişdi. Ekklstoun Braunun FİA-da işləyəcəyi halda idmana daha çox töhfə verə biləcəyini düşünür.
Berni Ekklstoun: “Ross FİA-ya getsə daha çox sevinərəm, çünki orada çox yaxşı idarəçi ola bilər. Uzun müddətdir ki, onunla görüşməmişik və nə edəcəyi barədə heç bir təsəvvürüm yoxdur. Bizim edəcəyimiz bir şey yoxdur. Bizim mühəndisə və ya Ross kimi mövqedə olan birinə ehtiyacımız yoxdur. Liberty Media bizim hissədarımızdır. Çeyz Keri Piter Brabeki əvəz edib, lakin şirkətin idarəedilməsi onların əlində deyil. Onlar şirkətin 10%-nə sahibdirlər və mən hələ də rəhbərəm.
Şirkət elə həmişəki şirkətdir. Libery Media idarəetməni ələ keçirərsə, istədikləri hər şeyi edə biləcək mövqedə olarlar. Lakin indi belə deyil. Çeyz ilə heç bir problem yoxdur. Ross ilə danışmış olsaydılar, bunu mənə mütləq bildirərdilər. Təbii ki, kimsə rəhbər olacaqsa, onu o vəzifəyə mən gətirərəm”.