F-1.az xatırladır ki, Ferrari 2019-cu ildə Mauritsio Arrivabeneni komanda rəhbəri vəzifəsindən azad etmiş və əvəzinə komandanın texniki direktoru olan Mattia Binottonu gətirmişdi. Lakin komanda Binottonun dövründə ürəkaçan nəticələr ala bilməyib.
Berni Ekklstoun: “Ondan lider olmaz. O, mühəndisdir. Orada bir söz deyəndə digər işçilərin başa düşməsi üçün tərcüməçi lazımdır. Mən olsam, komanda rəhbərliyinə Flavio Briatoreni gətirərdim. Benetton və Renault-da qazandığı uğuru orada da təkrarlayardı. Başqa komandalardan transferlər edərdi. Flavio elə şərait yaradardı ki, işçilər elə bilərdi ki, Ferrari özlərinindir”.