Berni Ekklstoun: “Bu il biz 21 yarış keçirəcəyik. Yarışların sayı daha çox ola bilərdi, amma mən inanmıram ki, bu mümkün olsun. 21 yarış maksimumdur. Komandalarda bəzi insanlar yarış çoxluğundan çox narazıdırlar.
Montsanın bu mövsümə müqaviləsi var, amma gələn mövsüm üçün hələ heç nə aydın deyil. Düşünmürəm ki, təqvimdə mütləq İtaliya Qran Prisi olmalıdır. On il əvvəl hamı mənə deyirdi ki, Formula1 Fransadan gedə bilməz, amma biz çoxdan orda yarışmırıq. Keçən il Almaniyaya da getmədik.
Çempionatın sahibinin dəyişməsi? Düşünürəm ki, tez və ya gec CVC öz səhmlərini satmaq qərarına gələcək. Həmin səhmləri almaq istəyənlər var, iki nəfər artıq qiymətdə də razılaşıb, amma məsələ ondadır ki, CVC səhmlərini satmaq istəyirmi?”