B.Ekklstoun: “2017-ci ildə şənbə günləri də yarışlar ola bilər…”

Yeni sıralanma formatının çox tənqid olunması və komandaların da təzyiq göstərməsi FİA və FOM-un 2015-ci ildəki formata qayıtmağa məcbur etdi, amma hər iki qurum 2017-ci ildə radikal dəyişikliklər etmək fikrindədir...

F-1.az xəbər verir ki, Berni Ekklstoun bu barədə SkySports-a danışıb: “Gələn il üçün bəzi planlarımız var. Sıralanma turundan fərqli bir şey düşünürük. Məsələn, şənbə günü də bir yarış təşkil edə bilərik və bu yarışdakı nəticələr bazar günü olacaq əsas yarışa da təsir edə bilər. Hər ehtimala nəzər yetiririk. Amma bunları indi danışmaq lazım deyil, çünki kifayət qədər qarışıq müzakirələr oldu…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*