F-1.az xatırladır ki, Force İndia komandası maliyyə böhranı yaşadığı üçün vəziyyəti pis idi. Hindistan təmsilçisi tezliklə iflasını açıqlaya bilərdi. Lakin sonradan Lourens Strollun öndərliyində bur qrup milyarder komandanı almışdı.
Ekklstoun anlaşmanın açıqlanmasından 24 saat əvvəl Forbes jurnalına bu açıqlamanı verib: “Məncə, Lourens layihəyə alacaq adama oxşayır. Əminəm ki, komandanı alacaq. Bir neçə günə bu barədə mətbuata rəsmi açıqlama veriləcək. Əminəm ki, hər şey qaydasında gedəcək. Bütün gecəni Force İndia-nı almaq istəyən adamlarla keçirmişəm”.