F-1.az bildirir ki, Formula1-in keçmiş başçısı Berni Ekklstoun onun çempionluq sayında hamını üstələməsini istəyir. Lakin nə baş verəcəyini zaman göstərəcək.
Berni Ekklstoun: “Maks titul sayına görə Mixael Şumaxer və Lyuis Həmiltonun rekordunu yeniləcəkmi? Kim bilir… Ümid edək ki, o, bacarar”.
Xatırladaq ki, Ferstappen bu mövsüm vaxtından əvvəl – Yaponiya Qran Prisində ardıcıl ikinci çempionluq titulunu rəsmiləşdirib. Niderlandlı sürücünün Red Bull ilə hələ uzunmüddətli müqaviləsi var…