F-1.az xatırladır ki, CAR-lı sürücü sprint yarışına 15-ci yerdən başlasa da, yekunda qalib gəlmişdi. Ancaq əsas yarış onun üçün yaxşı başlamadı və ilk dövrədə Vinyaleslə təmas yaşayaraq qəza etdi.
Bred Binder: “Üçüncü döngədən çıxarkən bir sürücü ilə təmas yaşadım və iki qanadımı itirdim. Böyük sarsıntı yaşadım və növbəti döngədə əyləcə basmalı oldum. Normal formada döngəyə girsəm də, daxili trayektoriyada xırda təmas hiss etdim. Buna görə də motosikletin idarəetməsini itirdim.
Bu, yarış qəzası idi. Tras yaş olanda ən xırda təmasda belə hər şey baş verə bilər. Motosikletin idarəetməsini itirdim”.