F-1.az xatırladır ki, KTM komandası 2022-ci ildə iki qələbə, beş podium qazanaraq, mövsümü 4-cü yerdə bağlayıb. Bred Binder isə Sürücülər Çempionatında 6-cı olub. Lakin bu uğurların çoxu xaotik yarışlarda gəlib.
Komandanın ən zəif nöqtəsi isə sıralanma turudur. Binder 14 yarışa onluqdan geridə başlasa da, 17 yarışı onluqda bitirib.
Bred Binder: “Çempionluq uğrunda mübarizə aparmaq bizim üçün çox uzaqda deyil. Düzünü desəm, KTM-in resursları var. Bazar günü pis nəticə alanda, komanda pis olur. Gələn il üçün nəyin üzərində işləyəcəyimizi bilirik”.