F-1.az xatırladır ki, çempionata 256 nəfər qatılmışdı. Onlardan 128 nəfəri birinci mərhələdə, 64 nəfəri ikinci mərhələdə, 32 nəfəri isə üçüncü mərhələdə ələnmişdi. Dördüncü mərhələdə isə daha 14 nəfər evə qayıtmalı olmuşdu.
Bu gün keçirilən yarımfinal mərhələsində 18 nəfər gücünü sınayıb. Onlardan 8 nəfəri finala çıxıb. Baku City Karting trasına toplaşan azarkeşlər finalda amansız mübarizənin şahidi olublar. Yekunda isə Məhsun Babayev yarışı qazanıb. Rişad Kərimov ikinci olub. Fəxri kürsünün son pilləsinə isə yarışda etdiyi mükəmməl müdafiəsi ilə iz qoyan Arif İbrahimov yüksəlib. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.