Azərbaycan Qran Prisinə media nümayəndələrinin qeydiyyatı başlayıb

Bu gün Azərbaycan Qran Prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə start verilib.

F-1.az-a bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilib. Həmçinin mətbuat nümayəndələrinə xüsusi media bələdçiləri paylanılıb.

Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu qeyd edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*