Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Gələn ilin aprelində keçiriləcək Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib.

F-1.az xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti yarışın təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunmasını planlaşdırıb.

Proqrama seçilmək istəyən 16 yaşdan yuxarı namizədlərin xarici dil biliyi arzuolunandır. Müraciət edənlərin sayı çox olduğuna görə, seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir şəxs insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Könüllü olmaq istəyənlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*