Azərbaycan Qran Prisi – sıralanma turu dəyərləndirməsi

Bakı Şəhər Halqasında sıralanma turu geridə qaldı. Lekler yenə şənbə günü sürücüsü olduğunu göstərdi. İndiyə kimi qazandığı 18 pouldan cəmi 4-nü qələbəy çevirən Lekler bu dəfə Azərbaycanda qalib gələ biləcək? Yoxsa Red Bull-lar Bakı sindromuna "dayan" deyəcəklər?

Lekler Bakıda ardıcıl 3-cü poulunu aldı. Bəlkə də, aldığı poul və qazandığı yarış nisbətinə görə F1 tarixinin ən pis pilotlarından biridir. Bəs sabah poulu qoruya bilər? Düzü, Ferrari Bakıda çox yaxşı görünürdü. Aşkar ikinci komanda kimi görünürlər. Monakolu ilk pitə qədər təkərləri öldürməsə, qazanmaq şansı olacaq.

Aston Martin burada gözlədiyimdən zəif idi, amma unutmayaq ki, “yaşıllar” təkərləri gec qızdırırlar və gec yeyirlər. Bakıda hava sərindir. Asfalt da yenidir. Onsuz da təkərləri çətin qızdıran Astona belə şərait lap maneçilik törədir. Bundan başqa birinci sərbəst yürüşlərdə və sıralanma turunda əmələ gələn DRS problemi də onları geriyə atdı. Düşünsək ki, Bakı Şəhər Halqası düzlüklərdən boldur, onda Alonso rahatlıqla 4-cü yerə tutardı, çünki ikiqat Dünya Çempionu 4-cü yerdəki Saynsdan cəmi 0.2 saniyə geridə qalıb.

Yarışın və həftəsonunun əsas favoriti Red Bull isə hər iki sürücü ilə demək olar zirvəyə oynadı. Bu il onların yarış tempi yaxşı olub. Amma Ferrari-nin də Avstraliyada yarış tempi pis deyildi. Hətta, yarışda Sayns Ferstappendən sonra ən sürətli pilot idi. Deyəsən Lekler Bakı sindromunu davam etdirəcək. Amma yenə qeyd edirəm: Təkərlərə düzgün nəzarət vacib olacaq. Yoxsa Lekler Bəhreyndə də, Ciddədə də ilk cərgədə idi.

Corc Rassell məni təəccübləndirən adam oldu. Formula2-də burada qazanıb, keçən il burada podiumda idi. Bu il isə… Ya ekstrem sazlanmalar sınayır ya da doğru aralığı tapmayıb. Həmilton isə 5-ci yeri tutaraq, demək olar ki, maşından maksimumu aldı. Təcrübəsi hesabına podium qazana bilər. Hətta bəxti gətirsə, 26 yarışlıq qələbəsizlik seriyası Azərbaycanda bitə bilər.

Saynsa gəldikdə isə… Düzdür minimal vəzifənin öhdəsindən gəlib 4-cü oldu, amma Lekler, Verstappen və Perez üçlüsünə çox uduzdu. Deyəsən ağlı ciddi-ciddi Audidədir.… Mən komanda yoldaşı Leklerdən 0.9 saniyə geridə qalmağını başqa cür izah edə bilmirəm…

Günün qazananları isə McLarendir. Yenilikləri yaxşı işləyib və hər iki sürücü ilə son sessiyaya qalmaları möhtəşəmdir. Bəs görək yarış tempində də sıralanmadakı kimi yaxşı olacaqlar?

Alpine komandası isə buraya yeniliklərlə gəlmişdi. Amma gah yandılar gah da divara çırpıldılar. Komandada Alonso kimi pilotun yeri görünür… Pyer Qasli Avstraliyada yaxşı performans göstərsə də, öz səhvi ucbatından komandasını pis vəziyyətdə qoydu. Bakıda da sıralanma turunda düzgün döngəyə girməyərək, maşınını zədələdi. Fransalı üçün işlər heç də qaydasında getmir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*