Mercedes komandasının saytı hər Qran Pridən sonra yarışın ətraflı statistikası dərc edir: sürücülərin hər dövrədə göstərdiyi nəticələrdən tutmuş havanın və trasın yarışın gedişində dəyişən temperatur göstəricisinə kimi.
Mercedes komandasının hesabatına əsasən Bakı yarışı zamanı sürücülər 137 uğurlu ötmə reallaşdırıblar ki, bunlardan cəmi 25 ötmə DRS-in köməyi ilə baş tutub. Hazırda Azərbaycan Qran Prisi ötmələrin sayına görə cari mövsümə başçılıq edir. İkinci yerdə isə 54 ötmə ilə Çin Qran Prisi qərarlaşıb, 3-cü olan Bəhreyn yarışında 48 ötmə qeydə alınmışdı.
Çox güman ki, komandanın saytında yalnız mövqe uğrunda deyil, həm də dövrəvi sürücünü ötmək də sayılır.
F-1.az komandanın saytına istinadən bildirir ki, cədvəldə sonuncu yeri cəmi 9 ötmə ilə Monako Qran Prisi tutur…
Yer | Qran Pri | Ötmələr | ||
cəmi | DRS-lə | liderlik uğrunda | ||
1 | Azərbaycan | 137 | 25 | 0 |
2 | Çin | 54 | 10 | 0 |
3 | Bəhreyn | 48 | 18 | 0 |
4 | Kanada | 36 | 24 | 0 |
4 | İspaniya | 36 | 18 | 2 |
6 | Rusiya | 18 | 0 | 0 |
7 | Avstraliya | 14 | 3 | 0 |
8 | Monako | 9 | 0 | 1 |