Azərbaycan Qran Prisi ləğv olunur?

Bu il Formula1 üzrə Azərbaycan Qran Prisi keçirilməyə bilər.

F-1.az xatırladır ki, koronavirusa görə mövsümün ilk yeddi yarışı ya ləğv olunmuşdu ya da təxirə salınmışdı. Mövsümün iyun ayında Azərbaycan Qran Prisi ilə başlaması gözlənilirdi. Formula1 rəhbərliyi də mövsümü Bakıda başlatmaq istədiyiklərini dəfələrlə demişdilər.

Ancaq son günlərdə Azərbaycanda da yoluxan xəstələr artır. Artıq ölkəfə 53 yoluxan (42 aktiv) koronaviruslu xəstə var. Buna görə də Bakı yarışının təşkilatçıları FİA və Formula1 rəhbərliyi ilə etdikləri video görüşdə bildiriblər ki, yarışı keçirmək istəmirlər.

Bakıda trası qurmaq baha başa gəlir. Buna görə də tras qurulduqdan sonra yarış ləğv olunsa, ciddi maliyyə itkisi olacaq. Bu səbəbdən Bakı Şəhər Halqasının rəhbərliyi yarışı bəri başdan ləğv etmək istəyir. Belə olan halda təqvimdəki yarış sayı 19-a düşəcək. Hollandiya Qran Prisinin təşkilatçıları da builki yarışı 1 il təxirə salmaq istəyirlər.

Əgər Azərbaycan Qran Prisi ləğv olunsa, mövsüm Kanada Qran Prisi ilə başlayacaq. Ancaq hazırda orada da koronavirus pandemiyası geniş yayılıb və vəziyyət ürəkaçan deyil.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*