Azərbaycan Qran Prisi iyulda baş tutacaq?

Melburndan bu gün səhər verilən son xəbərlərə görə, gələn ilin mövsümü aprelin 3-də başlayacaq - 1998-ci ildən Formula1 üzrə Dünya Çempionatı hələ bu qədər gec başlamayıb. Bu xəbərdən sonra dünya idman ictimaiyyəti gələn mövsümün təqvimini müzakirə etməyə başlayıb.

Britaniyanın Autosport həftəliyinin jurnalsitləri gələn mövsümün təqvimini dərc ediblər. F-1.az britaniyalılara istinadən xəbər verir ki, yeni təqvim 21 yarışdan ibarət olacaq: təqvimdə Bakıda keçiriləcək Avropa Qran Prisi debüt edəcək (iyul 17-də) və Almaniya Qran Prisi təqvimə qayıdacaq. Təqdim olunan versiyada Malayziya və Rusiya Qran Prilərinin yerdəyişməsi maraqlıdır.

F-1.az Formula1 üzrə Dünya Çempionatının 2016-cı il mövsümü üçün Autosport-un versiyasını nəzərinizə çatdırır…

03 aprel – Avstraliya Qran Prisi (Melburn)
10 aprel – Çin Qran Prisi (Şanxay)
24 aprel – Bəhreyn Qran Prisi (Saxir)
01 may – Rusiya Qran Prisi (Soçi)
15 may – İspaniya Qran Prisi (Barselona)
29 may – Monako Qran Prisi (Monte Karlo)
12 iyun – Kanada Qran Prisi (Monreal)
26 iyun – Böyük Britaniya Qran Prisi (Silverstoun)
03 iyul – Avstriya Qran Prisi (Red Bull Rinq)
17 iyul – Avropa Qran Prisi (Bakı)
31 iyul – Almaniya Qran Prisi (Hokkenhaym)
07 avqust – Macarıstan Qran Prisi (Hunqarorinq)
28 avqust – Belçika Qran Prisi (Spa)
04 sentyabr – İtaliya Qran Prisi (Monsa)
18 sentyabr – Sinqapur Qran Prisi (Marina Bey)
25 sentyabr – Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr – ABŞ Qran Prisi (Ostin)
30 oktyabr – Meksika Qran Prisi (Mexiko)
13 noyabr – Braziliya Qran Prisi (San Paulu)
27 noyabr – Abu Dabi Qran Prisi (Yas Marina)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*