Azərbaycan Qran Prisi ilin ən yaxşı yarışı seçilib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti böyük məmnuniyyətlə ölkə ictimaiyyətinin diqqətinə çatdırır ki, 2017-ci ildə Bakıda baş tutmuş Formula1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib.

F-1.az xatırladır ki, yarış zamanı Lyuis Həmilton və Sebastyan Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub. Bakıda baş tutan son yarışda Red Bull komandasının pilotu Daniel Rikkardo qələbə qazanmışdı. Mercedes-in sürücüsü Valtteri Bottas son metrlərdə Williams-ın debütantı Ləns Strolu qabaqlayaraq, ikinci olmuşdu. Amma buna baxmayaraq, kanadalı sürücü Formula1 tarixində debüt ilində podiuma çıxan ən gənc sürücü adına sahib çıxmışdı.

Bundan başqa, Formula 1-in təkər təchizatçısı Pirelli şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu manevr F1 azarkeşləri tərəfindən “İlin ötməsi” adlandırılıb.

Qeyd edək ki, builki Azərbaycan Qran Prisi bir sıra beynəlxalq media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb:

Daily Mail – İlin Yarışı

http://www.dailymail.co.uk/sport/racing/article-5119723/Formula-One-End-Season-Awards-Lewis-Hamilton-winner.html

The Times – Ən Yaxşı Yarış

https://www.thetimes.co.uk/article/f1-season-2018-the-unofficial-awards-fxdgrsg0f

The Guardian – Ən Möhtəşəm An

https://www.theguardian.com/sport/blog/2017/nov/27/f1-2017-hamilton-versus-vettel-mclaren-season-s-best-and-worst

 Sky Sports – İlin Yarışı

http://www.skysports.com/f1/news/12430/11116628/f1-2017-the-good-the-bad-and-the-ugly-the-end-of-season-awards

Azərbaycan Qran Prisi. Hər il elə bir yarış baş tutur ki, həmin yarışda hər şey olur, həm də adətən ən az ümid edilən yerdə. Azərbaycan Qran Prisi məhz 2017-ci ilin belə bir yarışıdır”.

Bild am Sonntag – İlin Yarışı

http://www.bild.de/bild-plus/sport/motorsport/motorsportereignisse/bams-kroent-die-formel-eins-saison-53982570,view=conversionToLogin.bild.html

“Fettelin toqquşması, yeddi pilotun yarışı sonadək başa vura bilməməsi, saysız toqquşma anları, Rikkardonun gözlənilməz qələbəsi və gənc pilot Strollun podiuma çıxışı Azərbaycan Qran Prisini mükəmməl Formula1 şousuna çevirdi”.

ViaSat – Ən Yaxşı Yarış

https://www.viasatsport.se/sport/motor/nyheter/vilken-ar-arets-grand-prix-i-f-1

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov ötən mövsümün Bakı yarışına dair beynəlxalq medianın apardığı qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib…

Arif Rəhimov: “Biz çox şadıq ki, ötən yay Bakıda baş tutmuş Azərbaycan Qran Prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burada fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində biz 2017-ci ildə belə bir möhtəşəm yarışı reallaşdırdıq.

Bakıda baş tutan ikinci yarış göstərdi ki, tras bizim uzun müddətdir həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa ev sahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı və həmçinin, 2017-ci ilin ən yaxşı yarışını reallaşdırmaqla yanaşı Formula1 həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik.

Biz əminik ki, növbəti Azərbaycan Qran Prisi trasda və trasdan kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək. Yeri gəlmişkən, bütün Formula1 azarkeşlərini gələn ilin aprelində Bakı şəhərinə gəlib yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: Gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*