Formula1 üzrə Azərbaycan Qran-Prisinin sıralanma turu geridə qalıb. Qırmızı bayraqlara görə iki dəfə dayanan və saat yarımdan çox davam edən sessiyada poulu Valtteri Bottas qazanıb. Komanda yoldaşı Lyuis Həmilton isə poulu 0.059 saniyə fərqlə əldən verərək ikinci olub. Həftəsonuna sürətli başlayan Ferrari isə sıralanma turunda azarkeşlərini məyus edibdir. İkinci sessiyada Şarl Lekler qəza edərək, mübarizəni vaxtından əvvəl dayandırıb. Sebastyan Fettel isə lider Bottasdan 0.3 saniyə geridə qalaraq, 3-cü olub. Son sessiyada fərqli strategiya seçən Maks Ferstappen isə 4-cü olub.
Daha əvvəl Bakıda iki dəfə podium qazanaraq bu statistikada lider olan Serxio Peres isə çox sevdiyi Bakı Şəhər Halqasında 5-ci olub.
Sıralanma turunun birinci sessiyasında Robert Kubitsa 8-ci döngədə qəza edərək, mübarizəni dayandırıb. Ferrari komandasının 21 yaşlı sürücüsü Lekler də trasın bu hissəsində qəza edib