F-1.az xatırladır ki, bu mərhələ sıralanma turundan həm də vaxt baxımından fərqlənir – birinci, ikinci və üçüncü sessiyalara müvafiq olaraq, 12, 10 və 8 dəqiqə ayrılır. Sürücülər ilk iki sessiyada yalnız bir yeni Medium, finalda isə yalnız bir yeni Soft dəstindən istifadə edə bilərlər. Norris və Tsunodanın heç yeni Soft dəsti qalmadığından, finala çıxacaqları təqdirdə, mübarizə apara bilməyəcəkləri məlum olub.
İlk sessiyada sürücülər orta təkərləri iş rejiminə salmaq üçün bir neçə dövrə vurmalı olublar. Piastri və de Friz üçüncü döngədə təhlükəsizlik cibinə giriblər. Ən gerilərdə olan Qasli maşındakı problemlərə görə boksa gəlməli olub. Saren 15-ci döngənin çıxışında qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb. Sona sadəcə saniyələr qaldığından seans davam etdirilməyib. Ən sürətli dövrəni 1:42.820 ilə Lekler vurub. De Friz, Qasli, Tsunoda, Bottas və Çjou mübarizəni dayandırıblar.
İkinci Sessiyada yenə hamı təkərləri qızdırmağa çalışıb. Hülkenberq yeddinci döngədə təhlükəsizlik cibinə girib. Sayns 15-ci döngədə səhvə yol verib, amma hərəkətə davam edib. Ferstappen 1:42.417 ilə lider olub, Sarcent, Maqnussen, Okon, Hülkenberq və Piastri üçün sıralanma turu başa çatıb.
Son sessiyada reqlamentə görə hamı Soft təkərlərlə çıxıb. Norris yuxarıda qeyd etdiyimiz səbəbə görə mübarizəyə qoşula bilməyib. Əvvəlcə Peres ən sürətli olsa da, Lekler onu üstələyərək bugünkü sıralanma turunu da ilk sırada başa vurub – 1:41.697. İkinci cəhdlərdə heç kim onu üstələyə bilməyib. Monakolu hətta qəza da edib, amma yenə də bugünkü yarışda ilk sıradan start alacaq.
Beləliklə, Şarl Lekler ilk sprint yarışının sıralanma turunun qalibi olub. O, axşamkı yarışa ən öndən başlayacaq. Monakolu sürücünün yanından Serxio Peres, arxadan isə Maks Ferstappen və Corc Rassell start alacaqlar.
Sprint yarışı 17:30-da başlamalıdır…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:42.820 | 5 | 2 | 1:42.500 | 5 | 1:41.697 | 4 |
2 | 11 | Serxio Peres | Red Bull | 7 | 1:43.858 | 6 | 4 | 1:42.925 | 4 | 1:41.844 | 5 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 2 | 1:43.288 | 5 | 1 | 1:42.417 | 3 | 1:41.987 | 5 |
4 | 63 | Corc Rassell | Mercedes | 5 | 1:43.763 | 6 | 7 | 1:43.112 | 7 | 1:42.252 | 5 |
5 | 55 | Karlos Sayns | Ferrari | 4 | 1:43.622 | 5 | 3 | 1:42.909 | 6 | 1:42.287 | 4 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | 3 | 1:43.561 | 6 | 6 | 1:43.061 | 6 | 1:42.502 | 5 |
7 | 23 | Aleksander Elbon | Williams | 10 | 1:43.987 | 6 | 9 | 1:43.376 | 6 | 1:42.846 | 5 |
8 | 14 | Fernando Alonso | Aston Martin | 6 | 1:43.789 | 6 | 5 | 1:42.976 | 5 | 1:43.010 | 5 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 8 | 1:43.879 | 6 | 8 | 1:43.375 | 6 | 1:43.064 | 5 |
10 | 4 | Lando Norris | McLaren | 9 | 1:43.938 | 6 | 10 | 1:43.395 | 6 | – | 0 |
11 | 81 | Oskar Piastri | McLaren | 13 | 1:44.179 | 6 | 11 | 1:43.427 | 6 | ||
12 | 27 | Niko Hülkenberq | Haas | 15 | 1:44.843 | 6 | 12 | 1:43.806 | 6 | ||
13 | 31 | Esteban Okon | Alpine | 14 | 1:44.433 | 6 | 13 | 1:44.088 | 5 | ||
14 | 20 | Kevin Maqnussen | Haas | 12 | 1:44.101 | 6 | 14 | 1:44.332 | 5 | ||
15 | 2 | Loqan Sarcent | Williams | 11 | 1:44.042 | 6 | 15 | – | 0 | ||
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | 16 | 1:45.177 | 6 | |||||
17 | 77 | Valtteri Bottas | Alfa Romeo | 17 | 1:45.352 | 6 | |||||
18 | 22 | Yuki Tsunoda | AlphaTauri | 18 | 1:45.436 | 6 | |||||
19 | 10 | Pyer Qasli | Alpine | 19 | 1:46.951 | 3 | |||||
20 | 21 | Nik de Friz | AlphaTauri | 20 | 1:48.180 | 6 |