Azərbaycan-2023: Sprint yarışı

Bakı Şəhər Halqasında mövsümün ilk sprint yarışı, üstəlik fərqli həftəsonu formatında baş tutub.

F-1.az bildirir ki? Yarışa Lekler və Peres birinci, Ferstappen və Rassell ikinci, Sayns və Həmilton üçüncü cərgədən başlayıblar. Sıralanma turunda qəza edən Loqan Sarcentin maşını tam hazır olmadığı üçün yarışa qoşula bilməyib. Okon isə qapalı park qaydaları pozulduğu üçün pit yolundan start alıb.

Pirelli Bakıya ən yumşaq üçlüyü – C1, C2 və C3 təkərlərini gətirib. Norris və Bottas yumşaq, qalanları orta təkərləri götürüb.

Startda Lekler və Peres yerlərini qoruyublar, Rassell Ferstappenə hücumlar edib. İkili arasında sürtünmə yaşanıb və Rassell onu keçərək üçüncü yerə yüksəlib. Norris Strollu, Alonso isə Elbonu ötüb. Tsunoda baryerlə toqquşduqdan sonra arxa sağ təkəri qopub və yuvarlanaraq trasda dayanıb. 2-ci dövrədə ilk onluq: Lekler – Peres – Rassell – Ferstappen – Sayns – Həmilton – Alonso – Elbon – Norris – Stroll.

VTM elan edilib, Tsunoda təkərlərini dəyişib trasa qayıtsa da, bir dövrə sonra boksa gələrək yarışdan çəkilib. VTM-ni real Təhlükəsizlik Maşını əvəz edib, çünki yola qırıntılar dağılıb. Okon pit-stop edib. Restart 6-cı dövrədə verilib. Lekler yenə liderliyini qoruyub. Maks Corcu, Fernando isə Lyuisi üstələyib. 7-ci dövrədə ilk onluq: Lekler – Peres – Ferstappen – Rassell – Sayns – Alonso – Həmilton – Elbon – Stroll – Norris.

Peres 8-ci dövrədə liderliyi ələ keçirib. Bir dövrə sonra Piastri komanda yoldaşını geridə qoyub. Daha sonra Norrisi Hülkenberq və Maqnussen qabaqlayıblar. Soft təkərlər köhnəlib və Lando pit-stop emtəli olub. Bottas da geriləyib.

Maqnussen komanda yoldaşını, Stroll isə Elbonu ötüb. Okon ikinci dəfə pit-stop edib. Çjou və Qasli Hülkenberqi keçiblər.  Nikonun maşını təkərlərə görə sürət itirib.

Serxio Peres karyerasında ilk dəfə sprint yarışında qalib gəlib və aktivinə 8 xal yazdırıb. Şarl Lekler ikinci, Maks Ferstappen isə üçüncü yeri tutub.

Növbədə həftəsonunun son və həlledici mərhələsi – Azərbaycan Qran Prisi var. Yarış sabah 15:00-da start götürəcək…

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Serxio Peres Red Bull 33:17.667 0
2 16 Şarl Lekler Ferrari + 0:04.463 0
3 1 Maks Ferstappen Red Bull + 0:05.065 0
4 63 Corc Rassell Mercedes + 0:08.532 0
5 55 Karlos Sayns Ferrari + 0:10.388 0
6 14 Fernando Alonso Aston Martin + 0:11.613 0
7 44 Lyuis Həmilton Mercedes + 0:16.503 0
8 18 Ləns Stroll Aston Martin + 0:18.417 0
9 23 Aleksander Elbon Williams + 0:21.757 0
10 81 Oskar Piastri McLaren + 0:22.851 0
11 20 Kevin Maqnussen Haas + 0:27.990 0
12 24 Quanyu Çjou Alfa Romeo + 0:34.602 0
13 10 Pyer Qasli Alpine + 0:36.918 0
14 21 Nik de Friz AlphaTauri + 0:41.626 0
15 27 Niko Hülkenberq Haas + 0:48.587 0
16 77 Valtteri Bottas Alfa Romeo + 0:49.917 0
17 4 Lando Norris McLaren + 0:51.104 1
18 31 Esteban Okon Alpine + 1:00.621 2

 

Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:43.616  (11-ci dövrə, 208.566 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Yuki Tsunoda AlphaTauri 2 asılqan

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 75
2 11 Serxio Peres Oracle Red Bull Racing 62
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 48
4 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 40
5 55 Karlos Sayns Scuderia Ferrari 24
6 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 23
7 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 21
8 16 Şarl Lekler Scuderia Ferrari 13
9 4 Lando Norris McLaren F1 Team 8
9 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 6
11 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 4
12 81 Oskar Piastri McLaren F1 Team 4
13 31 Esteban Okon BWT Alpine F1 Team 4
14 10 Pyer Qasli BWT Alpine F1 Team 4
15 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 2
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 1
17 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1
18 23 Aleksander Elbon Williams Racing 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 137
2 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 69
3 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 63
4 Scuderia Ferrari Ferrari 37
5 McLaren F1 Team Mercedes 12
6 BWT Alpine F1 Team Renault 8
7 MoneyGram Haas F1 Team Ferrari 7
8 Alfa Romeo F1 Team Stake Ferrari 6
9 Williams Racing Mercedes 1
10 Scuderia AlphaTauri Honda RBPT 1
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*