Yeni sprint yarışlı həftəsonunun formatına əsasən, cümə günü bir sərbəst yürüşlər, ardınca isə bazar günü baş tutacaq əsas yarışın start düzümünü müəyyən edən sıralanma turu baş tutur. Şənbə günü isə ikinci məşqlərin yerini sprint yarışının sıralanma turu tutur, daha sonra isə yarışın özü keçirilir. Sprintin nəticələri bazar günü keçiriləcək yarışın start düzümünə təsir etmir.
F-1.az xatırladır ki, bu gün baş tutan həftəsonunun yeganə məşqinə protokollara Maks Ferstappen başçılıq edib.
Pirelli Bakıya C3, C4 və C5 tərkiblərini gətirib. Kifayət qədər yumşaq olan bu dəstlərlə komandalar çox işləyə bilməyiblər – cəmi 1 saatlıq məşqlərin xeyli hissəsi qırmızı bayraqlarla dayandırılıb.
İlk sessiyada hamı Soft-larla trasa çıxıb. Bir çox sürücü bir-birinə mane olub. Çjou isinmə dövrəsində yerində fırlanıb. Tsunoda və Ferstappen də xırda səhvlərə yol veriblər. Səkkizinci dəqiqədə qırmızı bayraqlar dalğalanıb – De Friz divara çırpılıb. Sürücü xəsarət almasa da, maşını təxliyə etmək üçün xeyli vaxt lazım olub. Fasilə 16 dəqiqə davam edib.
Bir neçə dəqiqədən sonra qırmızı bayraqlar yenidən peyda olub – bu dəfə Qasli üçüncü döngədə səhvə yol verib və qəza edib. Fasilə nisbətən az olub. Mühəndisi Maqnussendən güc qurğusundakı problemə görə pitə qayıtmağı xahiş edib. Lekler 1:41.269-lük nəticə ilə lider olub. De Friz, Qasli və Maqnussenlə birlikdə Hülkenberq və Çjou sıralanma turunu erkən başa vurub.
İkinci Sessiyada yenə hanı Soft-larla çıxmağa üstünlük verib. Sayns üçüncü döngədə təhlükəsizlik cibinə girib və yoluna davam edib. Lekler hamıdan sürətli olsa da, Ferstappen protokollara başçılıq edib – 1:40.822. Sarcent, Bottas, Elbon, Okon və Rassell ilk onluğa düşə bilməyiblər.
Son sessiyada Stroll və Piastri ilk cəhdlərinə çıxmayıblar. Ferstappen və Lekler ilk cəhddə eyni nəticə göstəriblər. İkinci cəhddə isə Lekler daha sürətli olub və poulu Ferstappenin əlindən alıb – 1:40.445.
Beləliklə, Şarl Lekler mövsümdə ilk, karyerasında isə 19-cu poulunu əldə edib. Bazar günü onunla eyni cərgədən Maks Ferstappen start alacaq. İkinci cərgə Serxio Peres və Karlos Sayns, üçüncü cərgədən isə Lyuis Həmilton və Fernando Alonso start alacaqlar.
Sabah bizi daha bir təsnifat mərhələsi gözləyir və o, sprint yarışının startındakı düzülüşü müəyyən edəcək…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | ||||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | |||||
1 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:41.269 | 10 | 2 | 1:41.037 | 5 | 1 | 1:40.203 | 6 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 2 | 1:41.398 | 8 | 1 | 1:40.822 | 6 | 2 | 1:40.391 | 6 |
3 | 11 | Serxio Peres | Red Bull | 4 | 1:41.756 | 10 | 3 | 1:41.131 | 5 | 3 | 1:40.495 | 6 |
4 | 55 | Karlos Sayns | Ferrari | 9 | 1:42.197 | 11 | 4 | 1:41.369 | 7 | 4 | 1:41.016 | 6 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | 6 | 1:42.113 | 11 | 10 | 1:41.650 | 7 | 5 | 1:41.177 | 6 |
6 | 14 | Fernando Alonso | Aston Martin | 3 | 1:41.720 | 10 | 5 | 1:41.370 | 7 | 6 | 1:41.253 | 6 |
7 | 4 | Lando Norris | McLaren | 7 | 1:42.154 | 9 | 6 | 1:41.485 | 5 | 7 | 1:41.281 | 6 |
8 | 22 | Yuki Tsunoda | AlphaTauri | 10 | 1:42.234 | 9 | 7 | 1:41.569 | 8 | 8 | 1:41.581 | 6 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 13 | 1:42.524 | 11 | 8 | 1:41.576 | 7 | 9 | 1:41.611 | 5 |
10 | 81 | Oskar Piastri | McLaren | 12 | 1:42.455 | 11 | 9 | 1:41.636 | 8 | 10 | 1:41.611 | 5 |
11 | 63 | Corc Rassell | Mercedes | 5 | 1:42.073 | 11 | 11 | 1:41.654 | 7 | |||
12 | 31 | Esteban Okon | Alpine | 15 | 1:42.622 | 11 | 12 | 1:41.798 | 8 | |||
13 | 23 | Aleksander Elbon | Williams | 8 | 1:42.171 | 11 | 13 | 1:41.818 | 8 | |||
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | 14 | 1:42.582 | 11 | 14 | 1:42.259 | 8 | |||
15 | 2 | Loqan Sarcent | Williams | 11 | 1:42.242 | 11 | 15 | 1:42.395 | 8 | |||
16 | 23 | Quanyu Çjou | Alfa Romeo | 16 | 1:42.642 | 11 | ||||||
17 | 27 | Niko Hülkenberq | Haas | 17 | 1:42.755 | 10 | ||||||
18 | 20 | Kevin Maqnussen | Haas | 18 | 1:43.417 | 9 | ||||||
19 | 10 | Pyer Qasli | Alpine | 19 | 1:44.853 | 6 | ||||||
20 | 21 | Nik de Friz | AlphaTauri | 20 | 1:55.282 | 3 |