Azərbaycan-2023: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq mövsümün Azərbaycan Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, bukmeykerlər ilk 3 yarışda 2 qələbə qazanmış Maks Ferstappeni əsas favorit hesab edirlər – onun şansları komanda yoldaşından hətta4 dəfədən daha çox qiymətləndirilir. Qələbəyə ən yaxın üçüncü adam isə Fernando Alonso göstərilir…

Azərbaycan Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.40
Serxio Peres 6.00
Fernando Alonso 11.00
Lyuis Həmilton 13.00
Corc Rassell 21.00
Şarl Lekler 26.00
Karlos Sayns 34.00
Ləns Stroll 81.00

 

İdarənin əməkdaşları bu mövsümün sonunda Maksın ardıcıl üçüncü titulu qazanacağına demək olar ki, şübhə etmirlər. Onların fikrincə, Serxionun komanda yoldaşı ilə çempionluq mübarizəsinə girmə şansı olduqca aşağıdır. Digər pilotların titul şansları isə yalnız nəzəri xarakter daşıyır…

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.12
Serxio Peres 13.00
Fernando Alonso 21.00
Lyuis Həmilton 26.00
Corc Rassell 51.00
Şarl Lekler 67.00
Karlos Sayns 126.00

 

Red Bull mühəndislər kubokunda aşkar favoritdir. Mercedes şansları isə Aston Martin və Ferraridən daha artıq qiymətləndirilir…

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.04
Mercedes 23.00
Aston Martin 26.00
Ferrari 29.00
Alpine 501.00
Alfa Romeo, McLaren 1501.00
AlphaTauri 2001.00
Haas 2501.00
Williams 3001.00

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*