Azərbaycan-2023: Birinci sərbəst yürüşlər

Yeni spirnt həftəsonu formatının debüt etdiyi Azərbaycan Qran Prisində yeganə məşq sessiyası geridə qalıb.

F-1.az xəbər verir ki, həmişə olduğu kimi, yenə də sessiya hadisələrsiz ötüşməyib. Sargent ilk döngədə trasdan çıxıb, Sayns beşinci döngədə maneəyə toxunub. Mercedes sürücüləri əyləcdən şikayətləniblər, Piastrinin McLaren-inin arxasından tütsü çıxıb.

Tsunoda 3-cü döngədə divara çırpılaraq arxa sağ təkərini partladıb və uzun müddət ərzində üç təkərlə pitlərə qayıdıb. Okon birinci döngədə yerində fırlanıb, ikinci döngədə Piastri – hər ikisi hərəkəti davam etdirib. Daha sonra Tsunoda da eyni səhvi edib, lakin maşın zədələnməyib.

15-ci dəqiqədə hidravlik sistemdə sızma səbəbindən Qaslinin maşını yanıb və seans qırmızı bayraqlarla dayandırılıb. Pyer maşını tərk edərək yanğının öhdəsindən dərhal gələ bilməyən yanğınsöndürənlərin işinə kömək etmək istəyib. Yuxarı hava girişindən uzun müddət qalın qəhvəyi tüstü sütunu görünüb.

Təsnifata üç saatdan bir qədər çox vaxt qalmış Alpine mexaniklərini çətin iş gözləyir. Maqnussenin maşını trasda dayanıb – yanacaq sistemində təzyiq düşüb, Kevin pitə piyada qayıdıb. Fasilə 15 dəqiqə çəkib, daha sonra yarışın sonunda bu mövsüm Qran Pridə ilk dəfə istifadə edilən C5 şinləri ilə sıralanma rejimində bir neçə dövrə vurmaq üçün sürücülər yenidən yola düşüblər. Ən sürətli dövrəni 1:42.315 ilə Maks Ferstappen göstərib.

Bizi bir neçə saat sonra maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:42.315 22
2 16 Şarl Lekler Ferrari 1:42.352 + 0:00.037 21
3 11 Serxio Peres Red Bull 1:42.454 + 0:00.139 22
4 55 Karlos Sayns Ferrari 1:42.899 + 0:00.584 23
5 4 Lando Norris McLaren 1:43.125 + 0:00.810 22
6 21 Nik de Friz AlphaTauri 1:43.414 + 0:01.099 24
7 18 Ləns Stroll Aston Martin 1:43.455 + 0:01.140 23
8 14 Fernando Alonso Aston Martin 1:43.560 + 0:01.245 20
9 23 Aleksander Elbon Williams 1:43.628 + 0:01.313 25
10 24 Quanyu Çjou Alfa Romeo 1:43.748 + 0:01.433 23
11 44 Lyuis Həmilton Mercedes 1:43.798 + 0:01.483 21
12 81 Oskar Piastri McLaren 1:43.980 + 0:01.665 23
13 77 Valtteri Bottas Alfa Romeo 1:44.010 + 0:01.695 23
14 22 Yuki Tsunoda AlphaTauri 1:44.137 + 0:01.822 18
15 27 Niko Hülkenberq Haas 1:44.323 + 0:02.008 21
16 2 Loqan Sarcent Williams 1:44.900 + 0:02.585 16
17 63 Corc Rassell Mercedes 1:45.082 + 0:02.767 20
18 31 Esteban Okon Alpine 1:45.955 + 0:03.640 8
19 10 Pyer Qasli Alpine 1:46.321 + 0:04.006 7
20 20 Kevin Maqnussen Haas 1:47.498  + 0:05.183 8
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*