F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq, temperatur +27 dərəcəyə qədər yüksələcək. Şənbə və bazar günləri isə günəşli hava gözlənilir, termometrlər maksimum +28 dərəcəni göstərəcəklər. Həftəsonu boyunca yağıntı ehtimalı 10%-dən yüksək deyil.
Xatırladaq ki, keçən il də bütün sessiyalar quru havada baş tutmuşdu.