Azərbaycan-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları Azərbaycan Qran Prisinin və mövsümün nəticələri üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, Bakıdakı yarışın favoriti Maks Ferstappen hesab edilir. Onun əsas rəqibi kimi isə Şarl Lekler göstərilir. Maraqlıdır ki, Monakodakı qələbəyə qədər əmsalı 19.00 olan Serxio Peresin şansları indi müqayisədə 3 dəfə artıq dəyərləndirilib. Qeyd etmək lazımdır ki, Serxio həm keçənilki Bakı yarışının, həm də Monakoda baş tutmuş sonuncu yarışın qalibidir.

Azərbaycan Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 2.10
Şarl Lekler 2.75
Serxio Peres 6.50
Karlos Sayns 9.50
Corc Rassell 26.00
Lyuis Həmilton 29.00
Lando Norris 81.00

 

Çempionatdakı xal fərqini 9-a yüksəldən Maks titulun əsas namizədi hesab olunur. Burada da onun daha çox Leklerlə mübarizə aparacağı proqnozlaşdırılır. Peres hər nə qədər Rasselldən 26 xal öndə olsa da, şansları bərabər hesab olunur. İdarə əməkdaşlarının maraqlı proqnozlarından biri də Saynsın çempionluq şanslarının hətta Həmiltonda da az dəyərləndirilməsidir…

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.73
Şarl Lekler 2.62
Serxio Peres, Corc Rassell 21.00
Lyuis Həmilton 26.00
Karlos Sayns 51.00

 

Mühəndislər Kubokunda da artıq favorit son yarışdan sonra xal fərqini artıran Red Bull-dur…

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.73
Scuderia Ferrari 2.25
Mercedes AMG 11.00
McLaren, Alpine, AlphaTauri, Haas 1001.00
Alfa Romeo 1501.00
Aston Martin, Williams 1501.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*