F-1.az bildirir ki, komandalar təkərlərin səmərəliliyini və düzgün sazlanmaları tapmaq üzərində işləyiblər. Hava getdikcə soyuyub. Sürücülərin əksəriyyəti orta təkərlərlə başlayıb.
İlk məşqlərdə hamı diqqətli olsa da, bu dəfə sürətlər artırılıb. Bottas, Norris, Qasli, Fettel və Tsunoda təhlükəsizlik cibinə giriblər. Latifinin qəzasına görə qırmızı bayraqlar dalğalandırılıb. Lekler 15-ci döngədə səhvə yol verərək qəza edib və ön qanadını qırıb.
Mercedes sürücüləri sürət çatışmazlığından gileyləniblər ilk onluğa girə bilməyiblər. Serxio Peres 1:42.115-lik nəticə ilə protokollara başçılıq edib.
Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 11 | Serxio Peres | Red Bull | 1:42.115 | – | 22 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:42.216 | + 0:00.101 | 23 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:42.243 | + 0:00.128 | 24 |
4 | 16 | Şarl Lekler | Ferrari | 1:42.436 | + 0:00.321 | 22 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 1:42.534 | + 0:00.419 | 26 |
6 | 14 | Fernando Alonso | Alpine | 1:42.693 | + 0:00.578 | 24 |
7 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:42.941 | + 0:00.826 | 25 |
8 | 4 | Lando Norris | McLaren | 1:43.018 | + 0:00.903 | 24 |
9 | 31 | Esteban Okon | Alpine | 1:43.020 | + 0:00.905 | 23 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:43.130 | + 0:01.015 | 25 |
11 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:43.156 | + 0:01.041 | 24 |
12 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:43.220 | + 0:01.105 | 23 |
13 | 3 | Daniel Rikkardo | McLaren | 1:43.298 | + 0:01.183 | 23 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:43.812 | + 0:01.697 | 21 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:43.881 | + 0:01.766 | 22 |
16 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:44.184 | + 0:02.069 | 23 |
17 | 63 | Corc Rassell | Williams | 1:44.557 | + 0:02.442 | 24 |
18 | 9 | Nikita Mazepin | Haas | 1:45.563 | + 0:03.448 | 23 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:46.095 | + 0:03.980 | 12 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:46.983 | + 0:04.868 | 5 |