F-1.az xatırladır ki, dünən baş tutan sıralanma turunda əvvəl Kubitsanın, sonra isə Leklerin qəzası xeyli vaxt itkisinə səbəb olub, havanın sərinləşməsi ilə Mercedes üstünlük əldə edib. “Gümüş oxlar” bu üstünlük nəticəsində ilk cərgəni zəbt ediblər – Bottas ardıcıl ikinci poulunu əldə edib.
Qasli cümə günü tərəziyə gəlmədiyi üçün yarışa pit-leyndən başlamaqla cəzalandırılıb. Robert Kubitsa qapalı park qaydasını pozduğu üçün eyni aqibətlə üzləşib. Bu gün isə Kimi Rəykkönenin maşınının ön qanadının normadan artıq elastik olduğu məlum olub və finlandiyalı sürücü də pit yoluna göndərilib.
Covinatsi güc qurğusundakı dəyişikliklərə görə bu mövsüm cəza alan ilk sürücü olub – dəyişikliklər onu startda 10 yer geri salıb.
Yarışa ilk cərgədən Mercedes pilotları, ikinci cərgədən Fettel və Ferstappen, üçüncü cərgədən isə Peres və Kvyat başlayıblar.
Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Lekler, Qrojan, Rassell, Kubitsa və Qasli Medium, qalan bütün sürücülər Soft təkərlərlə yarışa başlayıblar.
Start insidentsiz ötüşüb – Həmilton Bottasa hücumlar etsə də, finlandiyalı yerini qoruya bilib və bir qədər sonra fərqi artırıb. Peres Verstappeni ötüb, Lekler isə Rikkardo və Saynsdan geri qalıb. 2-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Peres – Ferstappen – Norris – Kvyat – Sayns – Rikkardo – Lekler.
Növbəti dövrələr ötmələrlə zəngin olub – Stroll və Lekler Rikkardonu, daha sonra Sayns və Lekler Kvyatı keçiblər. Lekler daha sonra Saynsı da üstələyib, Kvyat isə Stroll, Rikkardo və Elbonun hücumlarına tab gətirə bilməyib. 10-cu dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Lekler – Ferstappen – Peres – Sayns – Qasli – Stroll – Rikkardo.
11-ci dövrədə Peres, Rikkardo və Stroll pit-stopa yollanıblar. 12-ci dövrədə Fettel, növbəti dövrələrdi isə, Bottas, Sayns, Elbon, Həmilton və Ferstappen təkərlərini dəyişiblər. Kubitsa startda pit yolundan tez çıxdığı üçün pit-leyndən keçməklə cəzalandırılıb. 17-ci dövrədə artıq təkərləri yeyilmiş Qasli komanda yoldaşını irəli buraxıb. Növbəti dövrədə Kvyat Qrojanı keçərək onunculuğa yüksəlib.
Kvyat və Rikkardo eyni anda təhlükəsizlik zonasına çıxıblar, Daniel maşını arxaya verərkən diqqətsizlik edib və Kvyatla toqquşub. Hər iki sürücü xeyli vaxt və yer itirərək mübarizəyə davam ediblər. Lakin bir qədər sonra Rikkardo boksa qayıdıb və yarış onun üçün başa çatıb.
Lekler nəhayət, 35-ci dövrədə təkərlərini dəyişib. Mühəndislər Kvyatın maşınında problem olduğunu görüblər və rusiyalı sürücüyə yarışı dayandırmaq barədə göstəriş veriblər.
39-cü dövrədə Qaslinin maşını güc itirib və o, maşını təhlükəsizlik zonasında saxlayıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Sürücülər 41-ci dövrədə mübarizəyə davam ediblər. 42-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Ferstappen – Lekler – Peres – Sayns – Norris – Stroll – Rəykkönen.
Lekler sürətli dövrə üçün 48-ci dövrədə pit-stop edərək yeni təkərlərə keçib. Monakolu sürücü istəyinə 50-ci dövrədə nail olub. Həmilton son dövrələrdə Bottasa xeyli yaxınlaşıb və hücum üçün fürsət axtarıb. Lakin 16-cı dövrədə səhvə yol verərək son şansından yararlana bilməyib.
Valtteri Bottas mövsümdə ikinci, karyerasında beşinci qələbəsini qazanıb. Lyuis Həmilton ikinci olub və Mercedes mövsümdəki dördüncü yarışdan da dubl ilə ayrılıb. Sebastyan Fettelin tutduğu podiumun son pilləsi isə Ferrari üçün təsəlli sayıla bilərmi, maraqlıdır…
Mübarizə iki həftə sonra İspaniyada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:31.52.942 | 1 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:01.524 | 1 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:11.739 | 1 |
4 | 33 | Maks Ferstappen | Red Bull | + 0:17.493 | 1 |
5 | 16 | Şarl Lekler | Ferrari | + 1:09.107 | 2 |
6 | 11 | Serxio Peres | Racing Point | + 1:16.416 | 1 |
7 | 55 | Karlos Sayns | McLaren | + 1:23.826 | 1 |
8 | 4 | Lando Norris | McLaren | + 1:40.268 | 2 |
9 | 18 | Ləns Stroll | Racing Point | + 1:43.816 | 1 |
10 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 1 |
11 | 23 | Aleksander Elbon | Toro Rosso | +1 dövrə | 1 |
12 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 1 |
13 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 2 |
14 | 27 | Niko Hülkenberq | Renault | +1 dövrə | 2 |
15 | 63 | Corc Rassell | Williams | +2 dövrə | 2 |
16 | 88 | Robert Kubitsa | Williams | +2 dövrə | 3 |
Sürətli Dövrə: Şarl Lekler (Ferrari) 1:43.009 (50-ci dövrə, 209,795 km/s).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Roman Qrojan | Haas | 38 | əyləc |
Pyer Qasli | Red Bull | 38 | motor |
Daniil Kvyat | Toro Rosso | 33 | qəza/altlığın zədələnməsi |
Daniil Rikkardo | Renault | 32 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 87 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 86 | |
3 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 52 | |
4 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 51 | |
5 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 47 | |
6 | 11 | Serxio Peres | Sportpesa Racing Point F1 Team | 13 | |
7 | 10 | Pyer Qasli | Aston Martin Red Bull Racing | 13 | |
8 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing | 13 | |
9 | 4 | Lando Norris | McLaren F1 Team | 12 | |
10 | 20 | Kevin Maqnussen | Rich Energy Haas F1 Team | 8 | |
11 | 27 | Niko Hülkenberq | Renault F1 Team | 6 | |
12 | 55 | Karlos Sayns | McLaren F1 Team | 6 | |
13 | 3 | Daniel Rikkardo | Renault F1 Team | 6 | |
14 | 18 | Ləns Stroll | Sportpesa Racing Point F1 Team | 4 | |
15 | 23 | Aleksander Elbon | Red Bull Toro Rosso Honda | 3 | |
16 | 26 | Daniil Kvyat | Red Bull Toro Rosso Honda | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 173 |
2 | Scuderia Ferrari | Ferrari | 99 |
3 | Aston Martin Red Bull Racing | Honda | 64 |
4 | McLaren F1 Team | Renault | 18 |
5 | Sportpesa Racing Point F1 Team | Mercedes | 17 |
6 | Alfa Romeo Racing | Ferrari | 13 |
7 | Renault F1 Team | Renault | 12 |
8 | Rich Energy Haas F1 Team | Ferrari | 8 |
9 | Toro Rosso Honda | Honda | 4 |