Azərbaycan-2019: Sıralanma turu

Mürəkkəb konfiqurasiya və asfaltın sürüşkən olması Bakıda sürücülərə hər il çətinliklər yaradır. Komandalar hər il burada müxtəlif mürəkkəb vəziyyətlər üçün həllər tapmalı olurlar.

F-1.az xatırladır ki, cümə günü komandalar istədikləri kimi işləyə bilməyiblər – ilk məşqlər Rassellin qəzasına görə ləğv edilib, ikinsi sessiyada isə asfaltın vəziyyəti proqramı ideal şəkildə yerinə yetirməyə imkan verməyib.

Pyer Qasli cümə günü FİA-nın tələbinə uyğun tərəziyə yaxınlaşmadığı üçün yarışa son sıradan başlamaqla cəzalandırılıb. Covinatsi isə motordakı dəyişikliklərə görə startda 10 yer itirəcək.

Bakıda pouldan başlamaq böyük əhəmiyyət daşımır – burada baş tutan 3 yarışda yalnız bir dəfə yarışa ən öndən başlayan sürücü qalib gəlib.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Medium və Soft tərkiblər arasındakı fərq 1.5 saniyəyə bərabər olub. Hard təkərlər isə Bakı Şəhər Halqasında səmərəli olmayıb.

Birinci sessiyada ilk cəhdə hamı Soft-larla çıxıb. Bir neçə dövrə vurduqdan sonra təkərləri ideal vəziyyətə gətirmək mümkün olub. Stroll sağ arxa təkərini divara vurub və bokslara qayıdıb. Sürücülər tez-tez səhvlərə yol verərək təhlükəsizlik ciblərinə daxil olublar. Sarı bayraqlar dəfələrlə sürücülərin sürətli dövrələrinə mane olub. Protokollara Qasli başçılıq edib – 1:41.335. Stroll, Qrojan, Hülkenberq, Rassell və Kubitsa mübarizəni dayandırıblar. Polşalı sürücü sessiya bitdikdən sonra 8-ci döngədə qəza edib. Maşının asılqanı qırılıb. Təxliyəyə və bariyerlərin yenidən düzəldilməsinə görə ikinci sessiya 25 dəqiqəlik gecikmə ilə başlayıb.

İkinci sessiyada Ferrari sürücüləri Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə start alıblar. Bu dəfə protokollara Ferstappen başçılıq edib – 1:41.388. Sessiya yenə qırmızı bayraqlarla dayandırılıb – Lekler də 8-ci döngədə qəza edib. Bu dəfə fasilə 27 dəqiqə davam edib. Günəşin batması ilə hava sərinləşib və bu da Mercedes-in lehinə olub. Fettel ikinci cəhdinə Soft-la çıxıb. Sayns, Rikkardo, Elbon və Maqnussenlə yanaşı, nəticə göstərməyən Qasli mübarizəni dayandırıb.

Son sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Həmilton ilk cəhddə 1:40.703-lük nəticə göstərib. Fettel ikinci cəhddə də Həmiltonu üstələyə bilməyib, əvəzində Bottas sürətli olub – 1:40.495.

Valtteri Bottas mövsümdə ardıcıl ikinci, karyerasında isə 8-ci poulu qazanıb. Həmilton ona cüzi fərqlə uduzub. Beləliklə, Mercedes ilk cərgəni zəbt edib. Fettel üçüncü, Ferstappen isə dördüncü olub. Üçüncü cərgəni isə Peres və Kvyat tutublar.

Sabah saat 16:10-da bizi bəlkə də mövsümün ən maraqlı yarışı gözləyir…

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Vallteri Bottas Mercedes AMG 6 1:42.026 7 2 1:41.500 7 1:40.495 6
2 44 Lyuis Həmilton Mercedes AMG 3 1:41.614 8 3 1:41.580 7 1:40.554 6
3 5 Sebastyan Fettel Ferrari 7 1:42.042 8 5 1:41.889 9 1:40.797 6
4 33 Maks Ferstappen Red Bull 4 1:41.727 6 1 1:41.388 4 1:41.069 5
5 11 Serxio Peres Racing Point 11 1:42.249 8 4 1:41.870 6 1:41.593 3
6 26 Daniil Kvyat Toro Rosso 12 1:42.324 9 9 1:42.221 9 1:41.681 5
7 4 Lando Norris McLaren 13 1:42.371 9 8 1:42.084 8 1:41.886 6
8 99 Antonio Covinatsi Alfa Romeo 9 1:42.140 9 10 1:42.381 6 1:42.424 6
9 7 Kimi Rəykkönen Alfa Romeo 8 1:42.059 9 7 1:42.082 6 1:43.068 6
10 16 Şarl Lekler Ferrari 2 1:41.426 7 6 1:41.995 4 0
11 55 Karlos Sayns McLaren 5 1:41.936 9 11 1:42.398 8
12 3 Daniel Rikkado Renault 15 1:42.486 8 12 1:42.477 7
13 23 Aleksander Elbon Toro Rosso 10 1:42.154 9 13 1:42.494 9
14 20 Kevin Maqnussen Haas 14 1:42.382 9 14 1:42.699 7
15 10 Pyer Qasli * Red Bull 1 1:41.335 5 15 0
16 18 Ləns Stroll Racing Point 16 1:42.630 8
17 8 Roman Qrojan Haas 17 1:43.407 10
18 27 Niko Hülkenberq Renault 18 1:43.427 8
19 63 Corc Rassell Williams 19 1:45.062 9
20 88 Robert Kubitsa Williams 20 1:45.455 8
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*