F-1.az bildirir ki, ilk məşqlərdə qəzaya uğrayan Corc Rasselin maşınını bu sessiyaya çatdırmaq mümkün olmayıb. Asfaltın vəziyyəti rezin qatı ilə örtüldüyü üçün daha yaxşı olsa da, sürücülər tez-tez səhvlərə yol veriblər. Əvvəlcə Bottas ikinci döngədə idarəetməni itirib. Bir qədər sonra isə Ləns Stroll həmin yerdə qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb.
Fasilə 9 dəqiqə davam edib. Rikkardo və Qrojan idarəetməni itirərək təhlükəsizlik ciblərinə girsələr də, trasa qayıda biliblər. Sona yarım saat qalmış Daniil Kvyat 7-ci döngədə qəza edib. Yaşıl işıqlar 13 dəqiqə sonra yandırılıb və sürücülər proqramlarını davam etdiriblər. Son dəqiqələrdə Covinatsi, Qrojan və Qaslinin trasdan çıxmaları sarı bayraqlara səbəb olub.
Sessiyaya Şarl Lekler başçılıq edib – 1:42.872. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:42.872 | – | 28 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:43.196 | + 0:00.324 | 28 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:43.541 | + 0:00.669 | 31 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:43.793 | + 0:00.921 | 24 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:44.003 | + 0:01.131 | 31 |
6 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:44.177 | + 0:01.305 | 9 |
7 | 55 | Karlos Sayns | McLaren | 1:44.183 | + 0:01.311 | 27 |
8 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:44.216 | + 0:01.344 | 33 |
9 | 10 | Pyer Qasli | Red Bull | 1:44.240 | + 0:01.368 | 24 |
10 | 4 | Lando Norris | McLaren | 1:44.295 | + 0:01.423 | 32 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:44.901 | + 0:02.029 | 25 |
12 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:45.366 | + 0:02.494 | 31 |
13 | 11 | Serxio Peres | Racing Point | 1:45.436 | + 0:02.564 | 28 |
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:45.482 | + 0:02.610 | 30 |
15 | 3 | Daniel Rikkardo | Renault | 1:45.483 | + 0:02.611 | 15 |
16 | 8 | Roman Qrojan | Haas | 1:45.618 | + 0:02.746 | 31 |
17 | 27 | Niko Hülkenberq | Renault | 1:46.717 | + 0:03.845 | 24 |
18 | 18 | Ləns Stroll | Racing Point | 1:47.875 | + 0:05.003 | 8 |
19 | 88 | Robert Kubitsa | Williams | 1:48.111 | + 0:05.239 | 27 |
20 | 63 | Corc Rassell | Williams | – | 0 |