F-1.az bildirir ki, asfaltla ilişmə dünənlə müqayisədə daha yaxşı olsa da, bir neçə dəfə sürücülər idarəetməni itirərək trasdan çıxdıqları üçün sarı bayraqlar dalğalandırılıb. Sessiya boyunca UltraSoft təkərlərə üstünlük verilib. Sona 8 dəqiqə qalmış Sirotkin üçüncü döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Rus sürücünün maşını təxliyə edilərək boksa gətirilib – Williams mexaniklərini sıralanma turuna qədər gərgin iş gözləyir.
Fasilə 5 dəqiqə davam edib və sürücülər yenidən boksları tərk ediblər. Onların sadəcə bir sürətli dövrə vurmağa vaxtları çatıb. Protokollara bu dəfə Sebastyan Fettel başçılıq edib – 1:43.091. Geridə qalan üç sessiyada qüvvələr nisbətini bilmək demək olar ki, mümkün olmayıb. Odur ki, bizi 17:00-da möhtəşəm və gərgin sıralanma turu gözləyir!
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:43.091 | – | 17 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:43.452 | + 0:00.361 | 16 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:43.493 | + 0:00.402 | 17 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:43.519 | + 0:00.428 | 17 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:43.569 | + 0:00.478 | 20 |
6 | 11 | Serxio Peres | Force İndia | 1:43.936 | + 0:00.845 | 9 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1:43.958 | + 0:00.867 | 11 |
8 | 18 | Ləns Stroll | Williams | 1:44.123 | + 0:01.032 | 8 |
9 | 31 | Esteban Okon | Force İndia | 1:44.220 | + 0:01.129 | 11 |
10 | 35 | Sergey Sirotkin | Williams | 1:44.534 | + 0:01.443 | 9 |
11 | 14 | Fernando Alonso | McLaren | 1:44.763 | + 0:01.672 | 12 |
12 | 3 | Daniel Rikkardo | Red Bull | 1:44.861 | + 0:01.770 | 17 |
13 | 10 | Pyer Qasli | Toro Rosso | 1:44.905 | + 0:01.814 | 16 |
14 | 16 | Şarl Lekler | Sauber | 1:45.218 | + 0:02.127 | 15 |
15 | 8 | Roman Qrojan | Haas | 1:45.261 | + 0:02.170 | 12 |
16 | 55 | Karlos Sayns | Renault | 1:45.432 | + 0:02.341 | 15 |
17 | 27 | Niko Hülkenberq | Renault | 1:45.456 | + 0:02.365 | 11 |
18 | 2 | Stoffel Vandorn | McLaren | 1:45.505 | + 0:02.414 | 13 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:45.910 | + 0:02.819 | 17 |
20 | 28 | Brendon Hartli | Toro Rosso | 1:46.186 | + 0:03.095 | 11 |