Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.
F-1.az bildirir ki, stüardlar Çində olduğu kimi, Bakıda da xeyli bal “paylayıblar” – Peres, Maqnussen, Eriksson və Sirotkin 2 balla cərimələniblər. Kevin hazırda aktivində ən çox bal olan sürücüdür, lakin növbəti yarış 2 həftə sonra İspaniyada baş tutacaq və bu müddətdə danimarkalı sürücünün 1 balı silinəcək. Vandorn da keçən il Rusiyada hesabına yazılan 1 baldan azad olacaq. Biz artıq bu dəyişiklikləri cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.
Yer | N | Sürücü | Bal | 1-ci cərimə | 2-ci cərimə | 3-cü cərimə | 4-cü cərimə |
1 | 26 | Daniil Kvyat | 7 | 2 (Kanada, 2017) | 2 (Avstriya, 2017) | 2 (Britaniya, 2017) | 1 (Macarıstan, 2017) |
2 | 20 | Kevin Maqnussen | 7 | 2 (Kanada, 2017) | 2 (Macarıstan, 2017) | 1 (ABŞ, 2017) | 2 (Azərbaycan, 2018) |
3 | 9 | Markus Eriksson | 7 | 2 (ABŞ, 2017) | 3 (Çin, 2018) | 2 (Azərbaycan, 2018) | |
4 | 11 | Serxio Peres | 5 | 2 (Monako, 2017) | 1 (Belçika, 2017) | 2 (Azərbaycan, 2018) | |
5 | 33 | Maks Ferstappen | 5 | 2 (Macarıstan, 2017) | 1 (ABŞ, 2017) | 2 (Çin, 2018) | |
6 | 28 | Brendon Hartli | 4 | 4 (Bəhreyn, 2018) | |||
7 | 2 | Stoffel Vandorn | 4 | 2 (İspaniya, 2017) | 2 (Avstriya, 2017) | ||
8 | 19 | Felipe Massa | 3 | 3 (Belçika, 2017) | |||
9 | 8 | Roman Qrojan | 3 | 1 (Meksika, 2017) | 2 (Braziliya, 2017) | ||
10 | 5 | Sebastyan Fettel | 3 | 3 (Azərbaycan, 2017) | |||
11 | 7 | Kimi Rəykkönen | 3 | 3 (Belçika, 2017) | |||
12 | 14 | Fernando Alonso | 2 | 2 (Yaponiya, 2017) | |||
13 | 55 | Karlos Sayns | 2 | 2 (Kanada, 2017) | |||
14 | 22 | Censon Batton | 2 | 2 (Monako, 2017) | |||
15 | 94 | Paskal Verlyayn | 2 | 2 (İspaniya, 2017) | |||
16 | 10 | Pyer Qasli | 2 | 2 (Çin, 2018) | |||
17 | 3 | Daniel Rikkardo | 2 | 2 (Avstraliya, 2018) | |||
18 | 35 | Sergey Sirotkin | 2 | 2 (Azərbaycan, 2018) | |||
19 | 27 | Niko Hülkenberq | 1 | 1 (Əbu Dabi, 2017) | |||
20 | 30 | Colion Palmer | 1 | 1 (İtaliya, 2017) | |||
21 | 18 | Ləns Stroll | 1 | 1 (ABŞ, 2017) |