Bu il Bakıdakı yarış adət edildiyi kimi iyun ayına yox, aprelin sonuna salınıb. Həftəsonu boyunca hava keçənilki ilə müqayisədə nəzərəçarpacaq qədər sərin olub. Yaydan fərqli olaraq, güclü külək də xüsusilə sıralanma turunda sürücülərə mane olub.
F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Bottas, ikinci məşqlərdə isə Rikkardo protokollara başçılıq etmişdi. Bu gün isə Fettel hamını üstələyərək sıralanma turu öncəsində komandadakı əhvalı düzəltmişdi.
Pirelli bu il Bakıya keçənilkindən daha yumşaq üç tərkibi – Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. Soft təkərlərdən həftəsonu boyunca demək olar ki, istifadə olunmayıb.
Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar. Qrojan ötürmələr qutusunun probleminə görə mübarizəni erkən dayandırıb. Qasli təkəri deşilmiş komanda yoldaşı Hartli ilə toqquşmaqdan son anda yayına bilib. Sürücülərin əksəriyyəti trafikə düşüb. Rəykkönen protokollara başçılıq edib – 1:42.538. Vandorn, Qasli, Eriksson, Hartli və Qrojan növbəti sessiyaya keçə bilməyiblər.
İkinci sessiyada top komandaların sürücüləri SuperSoft təkərlərlə trasa çıxaraq sabahkı yarışa nisbətən sərt tərkiblə başlamağa qərar veriblər. Həmilton SuperSoft-la hamıdan sürətli olub, ikinci cəhdində UltraSoft təkərə keçən Rəykkönen onu üstələyib – 1:42.510. Stroll, Sirotkin, Alonso, Lekler və Maqnussen mübarizəni dayandırıblar.
Son sessiyada Renault sürücüləri işlənmiş, digərləri isə yeni UltraSoft təkərlərlə trasa çıxıblar. Fettelin ilk cəhdi mükəmməl alınıb – 1.41.498. Həmilton ikinci cəhdində nəticəsini yaxşılaşdırıb, lakin çempionatdakı əsas rəqibinə cüzi uduzub. İlk iki sektorun rekordu ilə gedən Rəykkönen 16-cı döngədə ciddi səhvə yol verərək poul qazanmaq şansını əldən verib.
Sebastyan Fettel bu mövsüm üçüncü, karyerasında 53-cü poulunu əldə edib. Lyuis Həmilton ikinci, Valtteri Bottas isə üçüncü yerləri tutublar. Top komandaların tempi yaxındır – sabah bizi daha bir möhtəşəm Azərbaycan Qran Prisi gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 5 | Sebastyan Fettel | Ferrari | 4 | 1:42.762 | 7 | 6 | 1:43.015 | 7 | 1:41.498 | 5 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 3 | 1:42.693 | 7 | 2 | 1:42.676 | 7 | 1:41.677 | 7 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 7 | 1:43.355 | 7 | 3 | 1:42.679 | 7 | 1:41.837 | 7 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 5 | 1:42.857 | 7 | 10 | 1:43.482 | 7 | 1:41.911 | 6 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:42.642 | 7 | 4 | 1:42.901 | 6 | 1:41.994 | 6 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1 | 1:42.538 | 7 | 1 | 1:42.510 | 7 | 1:42.490 | 6 |
7 | 31 | Esteban Okon | Force İndia | 6 | 1:43.021 | 6 | 5 | 1:42.967 | 8 | 1:42.523 | 6 |
8 | 11 | Serxio Peres | Force İndia | 12 | 1:43.992 | 7 | 8 | 1:43.366 | 7 | 1:42.547 | 6 |
9 | 27 | Niko Hülkenberq | Renault | 10 | 1:43.746 | 8 | 7 | 1:43.232 | 6 | 1:43.066 | 6 |
10 | 55 | Karlos Sayns | Renault | 8 | 1:43.426 | 8 | 9 | 1:43.464 | 6 | 1:43.351 | 6 |
11 | 18 | Ləns Stroll | Williams | 15 | 1:44.359 | 9 | 11 | 1:43.585 | 7 | ||
12 | 35 | Sergey Sirotkin | Williams | 14 | 1:44.261 | 9 | 12 | 1:43.886 | 8 | ||
13 | 14 | Fernando Alonso | McLaren | 13 | 1:44.010 | 8 | 13 | 1:44.019 | 8 | ||
14 | 16 | Şarl Lekler | Sauber | 11 | 1:43.752 | 10 | 14 | 1:44.074 | 7 | ||
15 | 20 | Kevin Maqnussen | Haas | 9 | 1:43.674 | 9 | 15 | 1:44.759 | 5 | ||
16 | 2 | Stoffel Vandorn | McLaren | 16 | 1:44.489 | 8 | |||||
17 | 10 | Pyer Qasli | Toro Rosso | 17 | 1:44.496 | 9 | |||||
18 | 9 | Markus Eriksson | Sauber | 18 | 1:45.541 | 10 | |||||
19 | 28 | Brendon Hartli | ToroRosso | 19 | 1:57.354 | 5 | |||||
20 | 8 | Roman Qrojan | Haas | 20 | – | 2 |