Azərbaycan-2018: Həftəsonuna ilkin hava proqnozu

Azərbaycan Qran Prisi üçün ilkin proqnozlar günəşli hava vəd edir, lakin yarışın baş tutacağı bazar günü yağıntı olacağı istisna edilmir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə və şənbə günlərində Bakı səmaları bir qədər buludlu olacaq, temperatur +24 dərəcəyə qədər yüksələcək. Yarış günündə də sürücüləri komfortlu hava gözləmir – temperatur +20 dərəcəyə qədər enəcək, külək əsəcək və yağıntı ehtimalı var.

Xatırladaq ki, keçən ilin iyununda Bakıda bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*