Azərbaycan-2018: Həftəsonuna hava proqnozu

Son proqnozlar həftəsonuna quru hava vəd edir, lakin güclü külək əsas problem ola bilər. Paytaxtımız əbəs yerə "küləklər Şəhəri" adlandırılmır...

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü səma aydın olacaq, termometrlər +23 dərəcəni göstərəcəklər. Mülayim cənub-qərb küləyi əsəcək. Şənbə günü də havanın hərarəti eyni olacaq, lakin külək bu dəfə şimal-qərbdən əsəcək.

Yarışın baş tutacağı bazar günü hava bir qədər buludlu olacaq, temperatur +18 dərəcəni keçməyəcək. Küləyin sürəti saniyədə 13 m-ə çatacaq. Yağıntı ehtimalı 10%-dir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*