F-1.az xəbər verir ki, sıralanma turunda 14-cü olan, Niko Hülkenberqin yer itirməsinə görə yarışa 13-cü yerdən başlayan, finiş xəttini altıncı keçərək karyerasında ilk xallarını qazanan Sauber-in debütant sürücüsü Şarl Lekler “Günün Sürücüsü” seçilib. Monakolu sürücü ilk dəfədir ki, bu ada layiq görülür.
Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Fernando Alonso |
Bəhreyn Qran Prisi | Pyer Qasli |
Çin Qran Prisi | Daniel Rikkardo |
Azərbaycan Qran Prisi | Şarl Lekler |