F-1.az xəbər verir ki, Bakıda ən sürətli pit-stopu Williams mexanikləri ediblər – onlar Strollun maşınına 2.18 saniyə ərzində xidmət göstəriblər ki, bu da mövsümün rekordundan cəmi 0.03 saniyə yavaşdır.
Red Bull komandası yarışda xal qazana bilməsə də, ən yaxşı pit-stoplar siyahısında ikinci və üçüncü yerləri tutub. Avstriyalılar bu reytinqdə liderliklərini davam etdirə biliblər. Növbəti yerləri Ferrari və Mercedes komandaları tuturlar.