F-1.az bildirir ki, sessiyanın əvvəlində asfalta plastik parçası düşüb və marşallardan biri onu dərhal götürüb. Startdan 16 dəqiqə sonra Hartli 8-ci döngənin girişində səhvə yol verib və təhlükəsizlik zonasına girib. Lakin yenidən trasa qayıdaraq məşqə davam edib.
Ferstappen 34-cü dəqiqədə bariyerlə toqquşub və dayanıb. Zərbənin təsirindən sürət qutusu birinci ötürmədə ilişib qalıb və bu, marşalların da işini çətinləşdirib. Maks da təxliyə prossesinə kömək edib. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və 4 dəqiqə sonra sessiya normal axarı ilə davam edib.
Sürücülərin əksəriyyəti səhvlərə yol verib. Rəykkönen güc qurğusundakı problemə görə sessiyanın böyük hissəsini itirib. Protokollara Bottas başçılıq edib – 1:44.242. Bu nəticə trasın rekordu olan Həmiltonun keçənilki poul nəticəsindən (1.40.593). Məşqlər 17:00-da davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:44.242 | – | 25 |
2 | 3 | Daniel Rikkardo | Red Bull | 1:44.277 | + 0:00.035 | 22 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:45.200 | + 0:00.958 | 24 |
4 | 31 | Esteban Okon | Force İndia | 1:45.237 | + 0:00.995 | 26 |
5 | 11 | Serxio Peres | Force İndia | 1:45.422 | + 0:01.180 | 24 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:45.559 | + 0:01.317 | 11 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:46.465 | + 0:02.223 | 24 |
8 | 35 | Sergey Sirotkin | Williams | 1:46.480 | + 0:02.238 | 25 |
9 | 5 | Sebastyan Fettel | Ferrari | 1:46.513 | + 0:02.271 | 16 |
10 | 18 | Ləns Stroll | Williams | 1:46.590 | + 0:02.348 | 23 |
11 | 28 | Brendon Hartli | Toro Rosso | 1:46.747 | + 0:02.505 | 29 |
12 | 27 | Niko Hülkenberq | Renault | 1:46.749 | + 0:02.507 | 11 |
13 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:46.861 | + 0:02.619 | 10 |
14 | 16 | Şarl Lekler | Sauber | 1:46.875 | + 0:02.633 | 20 |
15 | 8 | Roman Qrojan | Haas | 1:46.963 | + 0:02.721 | 20 |
16 | 9 | Markus Eriksson | Sauber | 1:47.073 | + 0:02.831 | 19 |
17 | 10 | Pyer Qasli | Toro Rosso | 1:47.368 | + 0:03.126 | 16 |
18 | 20 | Kevin Maqnussen | Haas | 1:47.434 | + 0:03.192 | 18 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:47.967 | + 0:03.725 | 19 |
20 | 55 | Karlos Sayns | Renault | 1:48.741 | + 0:04.499 | 11 |