F-1.az xəbər verir ki, komandalar startdan yalnız yarım saat sonra fəal işləməyə başlayıblar. Toro Rosso sürücüləri ilk bir saatı boksda keçiriblər – onlar trasın vəziyyətinin düzəlməyini gözləyiblər. Asfaltın sürüşkən olması bir çox sürücünün səhvlərə yol verməsinə səbəb olub. Maqnussen, Rəykkönen, Massa, Palmer və Bottas yerində fırlanıblar, lakin maşınlara zərər dəyməyib və işləməyə davam ediblər.
Sessiyanın sonuna 20 dəqiqə qalmış Peres səkkizinci döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb və Serxio maşının təxliyə edilməsində iştirak edib. Qəzadan 14 dəqiqə sonra sessiya yaşıl işıqlarla davam etdirilib.
Maks Ferstappen protokollara başçılıq edib – 1:44.410. Ən çox məsafəni isə Ləns Stroll qət edib. Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:44.410 | – | 19 |
2 | 3 | Daniel Rikkardo | Red Bull | 1:44.880 | + 0:00.470 | 22 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:44.967 | + 0:00.557 | 20 |
4 | 11 | Serxio Peres | Force India | 1:45.398 | + 0:00.988 | 16 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:45.497 | + 0:01.087 | 16 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:45.737 | + 0:01.327 | 19 |
7 | 31 | Esteban Okon | Force İndia | 1:45.752 | + 0:01.342 | 24 |
8 | 19 | Felipe Massa | Williams | 1:45.968 | + 0:01.558 | 25 |
9 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:46.000 | + 0:01.590 | 18 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:46.617 | + 0:02.207 | 11 |
11 | 18 | Ləns Stroll | Williams | 1:46.649 | + 0:02.239 | 28 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:46.721 | + 0:02.311 | 23 |
13 | 8 | Roman Qrojan | Haas | 1:46.837 | + 0:02.427 | 22 |
14 | 27 | Niko Hülkenberq | Renault | 1:47.217 | + 0:02.807 | 21 |
15 | 2 | Stoffel Vandorn | McLaren | 1:47.446 | + 0:03.036 | 22 |
16 | 55 | Karlos Sayns | Toro Rosso | 1:47.501 | + 0:03.091 | 13 |
17 | 14 | Fernando Alonso | McLaren | 1:47.551 | + 0:03.141 | 20 |
18 | 30 | Colion Palmer | Renault | 1:48.525 | + 0:04.115 | 15 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:49.048 | + 0:04.638 | 19 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:49.937 | + 0:05.527 | 21 |