Amerikalı sürücü 1983-cü ildə Tyrrell komandasının tərkibində 15 Qran Pridə start alıb və ən yaxşı nəticəsi Monakoda 5-cilik olub. Vətənində daha məşhur olan Dənni İndyCar seriyasının çempionu və əfsanəvi İndianapolis-500 yarışının qalibi kimi tanınır. Sallivan bu il Bəhreyndə də stüardlıq etmişdi.
F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Sallivandan başqa, FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyar və Venesuela idman federasiyasının prezidenti Vinçentso Spano iştirak edəcəklər.
Qeyd edək ki, Sallivan cari mövsümdə Bəhreyn Qran Prisinə də stüard kimi dəvət olunmuşdu…