F-1.az bildirir ki, sürücülər ilk dəqiqələrdən boksları tərk ediblər. İlk dəqiqələrdə Medium təkərlərə üstünlük verilib – sürücülərin demək olar ki, hamısı bu tərkiblə trasa çıxıb. Lakin Palmer üçün sessiya elə startdaca başa çatıb – sessiyanın 7-ci dəqiqəsində britaniyalının maşını tüstülənib və ikinci döngədə təhlükəsizlik zonasında dayanıb.
Trasın vəziyyətinin cümə günü ilə müqayisədə daha yaxşı olmasına baxmayaraq, səhvlər yenə olub. Qrojan, Maqnussen və Kvyat təhlükəsizlik ciblərinə giriblər.
Dünən baş tutan hər iki sessiyanın lideri Ferstappen elektronik problemlərə görə məşqləri yarımçıq saxlamalı olub. Fettel isə motorda sızıntı olduğundan cəmi yeddi dövrə vuraraq boksa qayıdıb və daha trasa çıxmayıb.
Bottas protokollara başçılıq edib – 1:42.742. Finlandiyalının bu nəticəsi trasın rekorduna cəmi 0.2 saniyə uduzur. Çox güman ki, sıralanma turunda yeni rekord görəcəyik. Bizi 17:00-dan etibarən poul uğrunda gərgin mübarizə gözləyir.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:42.742 | – | 21 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:42.837 | + 0:00.095 | 14 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:43.158 | + 0:00.416 | 23 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 1:43.287 | + 0:00.545 | 24 |
5 | 31 | Esteban Okon | Force İndia | 1:43.344 | + 0:00.602 | 21 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:43.614 | + 0:00.872 | 16 |
7 | 19 | Felipe Massa | Williams | 1:43.738 | + 0:00.996 | 18 |
8 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:43.908 | + 0:01.166 | 21 |
9 | 18 | Ləns Stroll | Williams | 1:44.040 | + 0:01.298 | 17 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:44.138 | + 0:01.396 | 22 |
11 | 27 | Niko Hülkenberq | Renault | 1:44.312 | + 0:01.570 | 16 |
12 | 5 | Sebastyan Fettel | Ferrari | 1:44.344 | + 0:01.602 | 7 |
13 | 55 | Karlos Sayns | Toro Rosso | 1:44.401 | + 0:01.659 | 23 |
14 | 14 | Fernando Alonso | McLaren | 1:44.741 | + 0:01.999 | 18 |
15 | 20 | Kevin Maqnussen | Haas | 1:44.926 | + 0:02.184 | 20 |
16 | 2 | Stoffel Vandorn | McLaren | 1:45.143 | + 0:02.401 | 17 |
17 | 8 | Roman Qrojan | Haas | 1:45.491 | + 0:02.749 | 20 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:45.645 | + 0:02.903 | 21 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:45.722 | + 0:02.980 | 19 |
20 | 31 | Colion Palmer | Renault | 1:53.040 | + 0:10.298 | 4 |