Mario İzola: “Azərbaycan Qran Prisi Monako və Kanada yarışlarından sonra şəhər trasında keçiriləcək ardıcıl üçüncü yarışdır. Asfaltla ilişmə az olacaq, lakin Bakı Şəhər Halqası digər iki trasla oxşar deyil. Burada orta sürət olduqca yüksəkdir və təkərlərə çox güc düşür. Buna görə də keçənilki tərkibləri seçmişik – bir il əvvəl bu tərkiblər Bakıda əla işləmişdilər.
Heç kim keçənilki yarışın Təhlükəsizlik Maşınına ehtiyac olmadan başa çatacağını gözləmirdi. Lakin builki proqnozlar bunun əksini deyir, deməli, komandalar strategiyalarını hazırlayanda bu amili də nəzərə almalıdırlar. Trasda uzun düzlük və çox yavaş döngələr var – optimal balansı tapmaq asan olmayacaq”.