F-1.az xəbər verir ki, sürücülər sessiyaya Soft təkərlərlə başlayıblar, sonra isə tədricən SuperSoft təkərlərə keçiblər. İlk sessiyada qəza edən Peresin maşını startdan bir qədər sonra tam hazır olub və meksikalı proqram üzrə işləyə bilib. İlk sessiyada olduğu kimi, bu dəfə də sürücülər səhvlərə yol veriblər. Sessiyanın gedişində Qrojanın əyləclərində problem çıxıb və ön əyləclər əvəzlənib.
Kvyatın maşını 15-ci döngədə divara toxunub, lakin zədələnməyib. Pirelli-nin reklamı trasın üzərinə düşdüyündən, bir neçə dəqiqəlik Virtual Təhlükəsizlik maşını rejimi elan olunub. Sessiyanın sonuna 44 dəqiqə qalmış qırmızı bayraqlar dalğalandırılıb – Palmer səkkizinci döngədə qəza edib. Maşının təxliyəsi 8 dəqiqə çəkib. Sessiyanın sonuna yaxın isə Alonso güc qurğusundakı problemə görə dayanmalı olub. Maks Ferstappen protokollara başçılıq edib – 1:43.362. Holland sürücü son dəqiqələrdə qəza edib. Məşqlər sabah 14:00-da davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:43.362 | – | 21 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:43.462 | + 0:00.100 | 23 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:43.489 | + 0:00.127 | 19 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:43.615 | + 0:00.253 | 20 |
5 | 18 | Ləns Stroll | Williams | 1:44.113 | + 0:00.751 | 13 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:44.114 | + 0:00.752 | 22 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:44.306 | + 0:00.944 | 18 |
8 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:44.321 | + 0:00.959 | 20 |
9 | 31 | Esteban Okon | Force İndia | 1:44.484 | + 0:01.122 | 21 |
10 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:44.525 | + 0:01.163 | 15 |
11 | 19 | Felipe Massa | Williams | 1:44.609 | + 0:01.247 | 18 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:45.515 | + 0:02.153 | 15 |
13 | 55 | Karlos Sayns | Toro Rosso | 1:45.733 | + 0:02.371 | 23 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:45.831 | + 0:02.469 | 18 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:46.003 | + 0:02.641 | 15 |
16 | 30 | Colion Palmer | Renault | 1:46.061 | + 0:02.699 | 17 |
17 | 2 | Stoffel Vandorn | McLaren | 1:46.174 | + 0:02.812 | 16 |
18 | 8 | Roman Qrojan | Haas | 1:47.722 | + 0:04.360 | 16 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:47.728 | + 0:04.366 | 14 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:48.059 | + 0:04.697 | 15 |