Azərbaycan-2017: Həftəsonuna ilkin hava proqnozu

Bakıda keçiriləcək mövsümün səkkizinci yarışı üçün yerli meteoroloqlar tərəfindən ilkin hava proqnozu elan olunub – paytaxtımızda həftəsonuna günəşli hava vəd edilir, lakin güclü külək komandaların işini çətinləşdirə bilər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü səma buludsuz olacaq, temperatur +28 dərəcəyə çatacaq. Şənbə günü külək güclənəcək, termometrlər maksimum +29 dərəcəni göstərəcəklər. Yarışın keçiriləcəyi bazar günü isə külək bir qədər mülayimləşəcək, havanın hərarəti +28 dərəcəyə qədər qalxacaq. Həftəsonu ərzində yağıntı gözlənilmir.

Xatırladaq ki, keçən il Bakıda bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*