F-1.az xəbər verir ki, Ferrari bu il ilk dəfə ən sürətli pit-stop edən komanda olub. Lakin nəticə Kanada Qran Prisindəki ən yaxşı nəticədən xeyli geri qalıb – Monreal yarışında Williams komandasının mexanikləri Ləns Strollun pit-stopunu 2.17 saniyədə tamamlamışdılar ki, bu da yeni təkərlərlə rekord nəticə idi.
Ən maraqlı məqam isə, yarışların əksəriyyətində hamıdan sürətli işləyən və cari mövsümdə bu statistikada lider olan Williams-ın ilk onluğa düşə bilməməsidir. Mercedes ilk onluqda iki yer tutaraq 12 xal əldə edib və ümumi hesabda Qrouv təmsilçisinə çatıb. Yarış Force İndia üçün uğursuz alınsa da, burada ən çox xal toplayan komanda olub.
Xatırladaq ki, Formula1 tarixində ən sürətli pit-stop keçən il məhz Bakıda qeydə alınmışdı – mexaniklər Felipe Massanın maşınına 1.92 saniyə ərzində xidmət göstərmişdilər…
Renault və Sauber komandaları üçün isə quru seriya səkkiz yarışdır ki, davam edir…
Komanda | Cəmi | ||||||||||||||||||||
Williams | 40 | 25 | 31 | 20 | 12 | 12 | 25 | 0 | 170 | ||||||||||||
Mercedes AMG | 26 | 1 | 8 | 20 | 40 | 33 | 30 | 12 | 170 | ||||||||||||
Red Bull | 6 | 27 | 19 | 25 | 18 | 25 | 8 | 18 | 146 | ||||||||||||
Force İndia | 6 | 12 | 30 | 4 | 1 | 4 | 17 | 27 | 101 | ||||||||||||
Ferrari | 11 | 20 | 10 | 1 | 6 | 1 | 16 | 25 | 90 | ||||||||||||
Toro Rosso | 12 | 10 | 1 | 20 | 20 | 10 | 0 | 1 | 74 | ||||||||||||
Haas | 0 | 6 | 0 | 0 | 4 | 8 | 0 | 12 | 30 | ||||||||||||
McLaren | 0 | 0 | 2 | 6 | 0 | 8 | 5 | 6 | 27 | ||||||||||||
Renault | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | ||||||||||||
Sauber | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |