F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər Həmiltonun qələbəsinə daha çox inanırlar – britaniyalının Kanadadakı möhtəşəm çıxışı və maşının sürətli olması ona olan inamı xeyli artırıb. Onların fikrincə, Lyuisin ən böyük rəqibi yenə də Fetteldir…
Azərbaycan Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.83 |
Sebastyan Fettel | 3.25 |
Valtteri Bottas | 6.00 |
Kimi Rəykkönen | 13.00 |
Daniel Rikkardo, Maks Ferstappen | 51.00 |
Serxio Peres | 101.00 |
Fettelin çempionatda 12 xallıq üstünlüyünün olmasına baxmayaraq, bukmeykerlər iki həftə əvvəlkindən fərqli olaraq, bu dəfə Lyuisin titulun sahibi olacağına daha çox inanırlar…
Çempionatda qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.91 |
Sebastyan Fettel | 2.10 |
Valtteri Bottas | 26.00 |
Kimi Rəykkönen | 81.00 |
Daniel Rikkardo, Maks Ferstappen | 201.00 |
İdarənin əməkdaşları Mercedes AMG-nin Mühəndislər Kubokunu qazanacağından o qədər əmindirlər ki, mərkəzi Berklidə yerləşən komandanın şanslarını Ferrari-dən iki dəfə çox qiymətləndiriblər. Digər komandalara verilən əmsallar isə formal xarakter daşıyır…
Çempionatda qələbə (komandalar) | |
Mercedes AMG | 1.44 |
Ferrari | 2.87 |
Red Bull | 501.00 |
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber | 2501.00 |